Finlandiya Müdafiə Nazirliyi ölkənin hava məkanının pozulması iddiası ilə bağlı məlumat yayıb.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, hərbi idarənin məlumatına görə, bu, Rusiya hərbi təyyarəsi olub.
İddia edilən pozuntu Finlandiya körfəzində Helsinkidən 30 km şərqdə, Porvoo sahillərində baş verib.
Finlandiyanın müdafiə naziri Antti Hakkänen hadisə ilə bağlı dərhal araşdırma aparıldığını bildirib.