"Monreal Canadiens" komandasının 21 yaşlı amerikalı müdafiəçisi Leyn Hutson Milli Xokkey Liqasında (NHL) mövsümün ən yaxşı yeni oyunçusuna verilən "Kalder Trophy" mükafatını qazanıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Calder Trophy"nin qalibi müntəzəm mövsümün nəticələrinə əsasən NHL İdman Yazıçıları Assosiasiyasının üzvlərinin gizli səsverməsi ilə müəyyən edilir.
Namizədin yaşı 26-dan yuxarı ola bilməz. Hutsondan başqa, mükafata digər namizədlər “San Xose Sharks”ın hücumçusu Maklin Celebrini (Kanada) və Kalqari Flamesin qapıçısı Dastin Vulf (amerikalı) olub.