10 iyun 2025 19:50
144

Suriya Hava Yolları 12 ildən sonra İstanbula ilk uçuşunu həyata keçirib

Suriya Hava Yolları 12 ildən sonra İstanbula ilk uçuşunu həyata keçirib.

“İki sahil” xəbər verir ki, Dəməşq Beynəlxalq Hava Limanından qalxan təyyarə İstanbul Hava Limanına istiqamət alıb.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başladıqdan sonra dayandırılan Dəməşq-İstanbul reysləri 12 ildən sonra bərpa edilib.