10 iyun 2025 19:51
139

Ukrayna ordusunun cəmi dörd "Abrams" tankı qalıb - İDDİA

Ukrayna Silahlı Qüvvələrində cəmi dörd Amerika istehsalı olan "Abrams" tankı qalıb.

“İki sahil” xəbər verir ki,  bu iddia ilə "Military Watch Magazine"  çıxış edib.

“Ukrayna ordusu M1A1 Abrams əsas döyüş tanklarının 87%-ni itirib, 2023-cü ilin sonunda ABŞ tərəfindən təhvil verilən 31 maşından 27-si 2024-cü ilin fevralında cəbhə əməliyyatları üçün istifadə olunmağa başlayandan bəri məhv edilib və ya əsir götürülüb”, - deyə, nəşr yazır.

Nəşr vurğulayır ki, itkilər artdıqca “Abrams” tankları döyüş meydanında getdikcə daha az görünür.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri Sumi rayonundan iki zədələnmiş “Abrams” tankını çıxarıb.