"WhatsApp" avtomatik yüklənən foto və videoların keyfiyyətini seçməyə imkan verən yeni funksiyanı təqdim edib.
“İki sahil” xəbər verir ki, bu seçim "Media yükləmə keyfiyyəti" bölməsində yerləşir və istifadəçilərə iki variant təklif olunur: "standart" və "HD keyfiyyət".
Hazırda funksiya yalnız Android istifadəçiləri üçün beta versiyada əlçatandır.