11 iyun 2025 21:44
201

"Qarabağ" Yassin Benzia ilə yollarını ayırdığını açıqlayıb

"Qarabağ" əlcəzairli futbolçusu Yassin Benzia ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Y.Benzia Ağdam təmsilçisinə 2023-cü ildə Fransanın "Dijon" klubundan keçib.