12 iyun 2025 08:58
146

İstanbul sahillərində 3,5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) İstanbul yaxınlığında Mərmərə dənizində zəlzələ qeydə alındığını açıqlayıb.

“İki sahil” AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar iyunun 12-si saat 03:33-də Mərmərə dənizində, Böyükçekmece sahilləri yaxınlığında baş verib.

Zəlzələnin maqnitudası 3,5 bal, dərinliyi isə 8,36 kilometr olub.