Braziliya Prezidenti Luis İnasio Lula da Silva Argentinanın Ali Məhkəməsinin barəsindəki hökmü qüvvədə saxlamasından sonra bu ölkənin keçmiş lideri Kristina Fernandez de Kirşnerlə həmrəyliyini ifadə edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu axşam mən Kristina Kirşnerə zəng etdim və onunla həmrəy olduğumu bildirdim", - Braziliya lideri sosial şəbəkədə yazıb.
"Onun mübarizəni davam etdirməkdə nə qədər qətiyyətli olduğunu görməkdən məmnun oldum", - paylaşımda qeyd edilir.
İyunun 10-da Ali Məhkəmə aşağı instansiya məhkəməsinin Fernandes de Kirşneri korrupsiya işi üzrə 6 il həbs cəzasına məhkum edən hökmünü qüvvədə saxlayıb. Məhkəmə onun dövlət vəzifəsində işləməsini də qadağan edib. Kristina Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinanın Prezidenti olub.