Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib, nəticədə 6 nəfər ölüb.
“İki sahil”in Rusiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Çeremxovo-Qolumet-Onot avtomobil yolunun 28-ci km-də, Alarski rayonunun Nıqda kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, “Lada Qranta” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan mini traktorla toqquşub. Nəticədə traktorun sürücüsü və 4 sərnişini hadisə yerində dünyasını dəyişib.
Minik avtomobilinin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib.
Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, araşdırma aparılır.