Mingəçevirdə avtomobil qəzası nəticəsində xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, 1986-cı il təvəllüdlü İmran Zeynalov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, İ.Zeynalov bir neçə gün əvvəl Mingəçevirdə avtomobilin aşaması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.
Bakının mərkəzində yağış suları ilə bağlı problemlərin həlli üçün yeni sistemlər qurulacaq
Bakıda və Abşeron yarımadasında məhəllədaxili və binadaxili su şəbəkələrinin 80 faizdən çoxunun yenilənməsi nəzərdə tutulur