12 yanvar 2026 11:06
243

İranda ölənlərin SAYI ARTIR - VİDEO

İranda davam edən etiraz aksiyalarında ölənlərin sayı durmadan artır. 

“İki sahil” xəbər verir ki, xarici mediada bununla bağlı dəhşətli kadrlar yayılıb.

Yayılmış videolardan birində xəstəxana həyətinə bənzəyən bir ərazidə onlarla cəsədin olduğu əks olunub. Kadrlarda doğmalarının cəsədlərini aparmaq üçün əraziyə gəlmiş yüzlərlə insan görmək olar. Görüntülərdə həmçinin vətəndaşların baş verənləri “qiyamət” adlandırdıqları eşidilir. 

Qeyd edək ki, İranın daxilində və xaricindəki fəalların məlumatlarına əsasən, ölkədə dekabrın sonundan davam edən etirazlar nəticəsində 500 nəfərdən çox insan həlak olub. “Reuters” agentliyi isə ölənlərdən 490 nəfərinin etirazçı, 48-nin isə təhlükəsizlik qüvvələrinin nümayəndəsi olduğunu yazıb.

Həmin kadrları təqdim edirik: