Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, konfransda süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertlər, alimlər və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər.
SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformaya çevriləcək.
Konfransın hər il keçirilməsi və beynəlxalq ənənəyə çevrilməsi planlaşdırılır.