13 iyun 2025 23:43
159

Biləsuvarda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ərazi partiya təşkilat sədrləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Çay süfrəsi arxasında davam edən tədbirdə giriş nitqi edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O, qeyd edib ki, 15 iyun taixi müasir Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindəndir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixdə xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirən Ulu öndər müasir Azərbyacanın inkişafının, tərəqqisinin, bu günkü qalibiyyətlərin əsasını qoymuşdur. Bu gün Ulu öndər Heydər Əliyevin yolunu Onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Əldə olunan şanlı Zəfərlər də bunu bir daha təsdiq edir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirib ki, Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız təqvimdə yox, xalqın yaddaşında, taleyində mühüm dönüş nöqtəsinə çevrilib. 15 İyun – Milli Qurtuluş Günü belə günlərdəndir. Bu tarixdə yalnız siyasi bir dəyişiklik baş vermədi, həm də dövlətin süqutdan xilas olunması, milli ruhun, azərbaycançılığın dirçəlişi baş verdi. 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi xalqın iradəsinin təcəssümü, milli yaddaşın siyasi qələbəsi idi. Bu günkü  tarixi Zəfərlər və ərazi bütövlüyümüzün tam təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident cənab İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

Partiyanının veteran üzvləri Əjdər Niftiyev, Mirəşrəf Mirsultanov və partiya fəalı Bəhruz Əliyev çıxış edərək 15 iyun Milli Qurtuluş gününün tarixi əhəmiyyəti və 1993-cü ildə baş vermiş hadisə və proseslərə öz münasibətlərinin ifadə etdilər.