İran hesab edir ki, İsrailin hücumundan sonra İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün Vaşinqton və Tehran arasında danışıqlar mənasız olub.
“İki sahil” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
"ABŞ elə hərəkət etdi ki, dialoq mənasız oldu", - İranın Tasnim agentliyi diplomatın sözlərindən sitat gətirib.
Qeyd edək ki, aprel ayından bəri ABŞ və İran Omanın vasitəçiliyi ilə nüvə sazişi üzrə danışıqlar aparır. Danışıqların altıncı raundu bazar günü Maskatda keçirilməli idi, lakin İsrailin zərbələri danışıqları şübhə altına qoyub.