SOCAR 26 aprel - 26 iyul tarixlərində keçirilən “SportFest” tədbirində tərəfdaş qismində iştirak edir.
Avropa Oyunları parkında keçirilən tədbirlər çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR-ın təşəbbüsü ilə "Atalar və Övladlar" adlı mini futbol yarışı təşkil olunub. Yarışda SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları, onların 5–7 yaşlı övladları və "Neftçi" Futbol Klubunun qadın futbolçuları iştirak ediblər.
Əsas məqsədi ailə dəyərlərinə diqqət çəkmək və sağlam həyat tərzini təşviq etmək olan bu tədbirdə həm uşaqlar, həm də valideynlər komanda ruhunu hiss edərək birgə unudulmaz anlar yaşayıblar.
Həmçinin “SportFest” tədbiri çərçivəsində SOCAR-ın tərəfdaşlığı ilə “Əngəlsiz Dünya” layihəsi həyata keçirilir. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün idman və əyləncə proqramları təşkil edilir. Parkın ərazisində yaradılmış xüsusi zonada müxtəlif tədbirlər keçirilir.
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlıq üzrə Niyyət Məktubu imzalanıb
SOCAR-ın prezidenti Çin İxrac-İdxal Bankının vitse-prezidenti ilə görüşüb - FOTO