İqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi önəm kəsb edir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"OPEC Beynəlxalq İnkişaf Fondunun forumu çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış etdik. Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir”,- deyə o qeyd edib.
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır