Bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 7 milyon 63,1 min ton təşkil edib.
“İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 589,3 min ton və yaxud 7,7 % azdır.
2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 96,8 milyon ton olub. Yüklərin 7,3 %-i dəmir yolu ilə danışıb.
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır