Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondu forumu çərçivəsində Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorferlə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə M.Cabbarov özünün “X” hesabında yazıb.
“Biz Azərbaycanda mövcud olan investisiya imkanlarını qeyd etdik. İqtisadi və ticarət əlaqələri, enerji, sənaye inkişafı, texnologiya və digər strateji sektorlarda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün potensial imkanları müzakirə etdik”, - o bildirib.
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır