18 iyun 2025 15:18
80

İran İsrailə 400 ballistik raket atıb

İyunun 13-dən bəri İran ərazisindən İsrailə 400 ballistik raket atılıb. Onlardan 40-nın yerə düşməsi nəticəsində 24 nəfər ölüb, 800-dən çox insan isə yaralanıb.

“İki sahil” xəbər verir ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bu barədə özünün sosial media hesabında yazıb.

“İrana qarşı əməliyyat başlayandan bəri İsrailə 400-ə yaxın ballistik raket və yüzlərlə pilotsuz təyyarə buraxılıb”, - deyə Gendelman bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 24 israilli həlak olub, 804 nəfər yaralanıb, 3800 nəfər isə təxliyə edilib.