Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur.
Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.