19 iyun 2025 15:21
106

Azad olunmuş ərazilərdə içməli su təchizatı ilə bağlı görülmüş işlər açıqlanıb

Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi üzrə 11,4 kilometr magistral su xətti, müxtəlif diametrli borularla 4,4 kilometr artezianlararası su xətti, 1,8 kilometr kanalizasiya kollektor xətti çəkilib.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

O bildirib ki, qeyd olunanlarla yanaşı Füzulidə 1 ədəd V=2x8500 kubmetr su anbarı-97 faiz və 1 ədəd V=2x2500 kubmetr su anbarı - 97 faiz tikintisi, 6 ədəd subartezian quyusunun tikinti işləri icra olunub.

“Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 4,36 kilometr magistral su xətti, 1 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd S.T.Q.K-nin tikintisi-55 faiz, 1 ədəd 2x500 kubmetr su anbarının tikintisi-80 faiz, 1 ədəd 2x250 kubmetr su anbarının tikintisi-80 faiz, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi-95 faiz və 1 ədəd T.S.T.Q-nin tikintisi-65 faiz icra olunub. Eyni zamanda, Ağdam şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi çərçivəsində 2,6 kilometr su anbarının təhvil xətti. 2,8 kilometr kanalizasiya kollektor xətti, 3,08 kilometr yağış suları xətti, 1 ədəd V=10000 kubmetr su anbarının tikintisi-60 faiz və 1 ədəd V=7500 kubmetr su anbarının tikintisi-70 faiz icra olunub. Ağdam rayonunun Sarıcalı kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 1, 36 kilometr magistral su xətti, 3 kilometr təzyiqli kanalizasiya xətti, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi-97 faiz icra olunub. Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Xıdırlı kəndində 3 kilometr magistral su xətti. 2, 1 kilometr kanalizasiya kollektor xətti çəkilib, Kəngərli kəndində 3 kilometr magistral su xətti, 5,73 kilometr kanalizasiya kollektor xətti və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi-65 faiz icra edilib. Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 3, 32 kilometr magistral su xətti, 9,5 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd 2x1000 kubmetr su anbarının tikintisi-65 faiz, 1 ədəd 2x750 kubmetr su anbarının tikintisi-65 faiz, 1 ədəd 2x100 kubmetr su anbarının tikintisi-61 faiz, 1 ədəd su nasos stansiyasının tikintisi-10 faiz və 5 ədəd subartezian quyularının tikinti-quraşdırma işləri-50 faiz icra olunub”, - deyə İlham Quliyev bildirib.

ADSEA rəsmisi diqqətə çatdırıb ki, Zəngilan şəhərinin və Zəngilan rayonunun Cahangirbəyli kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Zəngilan şəhərində 1,86 kilometr magistral su xətti, 1,68 kilometr subartezianlararası su xətti, 7,2 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd 2x4000 kubmetr su anbarının tikintisi-27 faiz, 1 ədəd 2x100 kubmetr su anbarının tikintisi-10 faiz,1 ədəd İnzibati binanın tikintisi-10 faiz və Zəngilan rayonunun Cahangirbəyli kəndində 2,2 kilometr magistral su xətti, 0,46 kilometr subartezianlararası su xətti, 1 ədəd 2x500 kubmetr su anbarının tikintisi-55 faiz, 1 ədəd 2x100 kubmetr su anbarının tikintisi-45 faiz, 3 ədəd subartezian quyularının tikinti-quraşdırma işləri-25 faiz icra olunub.

İ.Quliyev əlavə edib ki, Xocalı şəhərinin, Xocalı rayonunun Malıbəyli kəndinin xarici su təchizatı kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi çərçivəsində Xocalı şəhərində 0,33 kilometr kanalizasiya kollektor xətti,1 ədəd T.S.T.Q-nin tikintisi və Xocalı rayonunun Malıbəyli kəndində 1 ədəd T.S.T.Q-nin tikinti-quraşdırma işləri icra olunub: “Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 0,51 kilometr su xətti, V=2x1000 kubmetr su anbarının abadlıq işləri, (anbarda işlər 95 faiz yekunlaşıb)., V=2x500 kubmetr su anbarının tikintisi 15 faiz və mövcud su təmizləyici qurğunun təmiri işləri icra olunub. Şuşa rayonu, Turşsu qəsəbəsinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 1, 52 kilometr magistral su xətti, 1,19 kilometr kanalizasiya kollektor xətti, həcmi 2x100 kubmetr olan su anbarının tikintisi və modul tipli T.S.T.Q-nin tikintisi icra olunub. Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Talış kəndində 0,86 kilometr kanalizasiya kollektor xetti, 1 ədəd 2x200 kubmetr su anbarının tikintisi-90 faiz, 1 ədəd modu tipli T.S,T.Q-nin tikintisi-50 faiz icra olunub, Suqovuşan kəndində 9, 15 kilometr magistral su xətti, 0, 16 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd 2x200 kubmetr su anbarının tikintisi-90 faiz,1 ədəd modul tipli T.S.T.Q-nin tikintisi-50 faiz icra edilib”.

O qeyd edib ki, Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Cəbrayıl şəhərin 1,17 kilometr magistral su xətti, 0,77 kilometr subartezianlararası su xətti, 5.1 kilometr kanalizasiya kollektor xətti, 0,63 kilometr yağış suları xətti, 1 ədəd 2x1000 kubmetr su anbarının tikintisi-95 faiz, 1 ədəd 2x1250 kubmetr su anbarının tikintisi-15 faiz, 3 ədəd subartezian quyusu Inzibati və köməkçi binaların tikintisi-20 faiz icra olunub, Cəbrayıl rayonunun Horovlu kəndində 1,5 kilometr anbarlararası su xətti, 5,75 kilometr kəhrizlərin suyığıcı xətti, 0.32 kilometr kanalizasiya kollektor xətti, 2 ədəd 2x200 kubmetr su anbarının tikintisi-70 faiz, 1 ədəd 2x100 kubmetr su anbarı və nasos stansiyasının tikintisi-10 faiz icra olunub və Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1 ədəd 2x750 kubmetr su anbarının tikintisi-48 faiz icra edilib.

“İşğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirə salınmaz işlərin icrası layihəsi çərçivəsində Ağdam şəhərində 5 ədəd, Cəbrayıl şəhərində 1 ədəd, Kəlbəcər şəhərində 1 ədəd modul tipli T.S.T.Q-nin tikinti-quraşdırma işləri icra olunub və Xocalı rayonunda 2 ədəd subartezian quyusu, 3 kilometr magistral su xətti çəkilib”, - deyə ADSEA rəsmisi bildirib.