Azərbaycan BP ilə ölkədəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi aparıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bununla bağlı müzakirələr BP şirkətinin baş icraçı direktoru Marri Okinklosla görüşdə aparılıb.
M.Cabbarov bildirib ki, görüşdə Bakı Enerji Həftəsi ("Baku Energy Week") çərçivəsində əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb: “Azərbaycanda bərpa olunan enerji layihələrində BP-nin fəal iştirakını yüksək qiymətləndirdik”.
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır