19 iyun 2025 16:23
80

5 ayda narkotiklərlə bağlı 2042 nəfər saxlanılıb, onlardan 44 nəfəri xarici ölkə vətəndaşıdır

Bu ilin 5 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilib, onlardan 44 nəfəri xarici ölkə vətəndaşıdır.

“İki sahil” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kq 208,684 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kq 338 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.