19 iyun 2025 16:40
110

Bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq - DİQQƏT

Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir.

Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə iyunun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Xaşa-Xuna bağlarının, Sabunçu rayonu üzrə isə N.İsmayılov, Sülh, Ərəblinski, R.Axundov, N.İsmayılov küçələrinin təchizatında müvəqqəti fasilə yaranacaq.