19 iyun 2025 16:58
133

BANM “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunub

“Times Higher Education” THE “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə iştirak məqsədilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər edib.

“İki sahil” xəbər verir ki, BANM Azərbaycan Pavilyonunda öz xüsusi stendi ilə təmsil olunub. Stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb,  Ali Məktəbin beynəlxalq təhsil imkanları və elmi tədqiqat potensialı təqdim olunub. 

Habelə konqresdə elm və təhsil naziri Emin Əmrullayev və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da iştirak edib.

Tədbir Times Higher Education və Türkiyə Ali Təhsil Şurasının YÖK birgə təşəbbüsü ilə təşkil olunub.