"Bu günədək 66 bölgədə aqrar biznes festivallarını təşkil edilib. Son bir il ərzində bu festivallarda satış həcmi 8 milyon manatdan çox olub."
“İki sahil” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə təşkil ediləcək məhsul festivallarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bu festivallarda həm kənd təsərrüfatı təyinatlı texnikalarının, həm pilotsuz uçuş aparatlarının, həm də pestisid və digər kənd təsərrüfatı təyinatlı mal və məhsulların satışı həyata keçirilib: "Son bir il ərzində aqrar biznes festivallarında fermerlərə güzəştli kreditlər təklif edilib.
Ümumilikdə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin müxtəlif regionlarında Məhsul Festivallarına start verilir. İlk dəfə vahid konsepsiya əsasında keçiriləcək bu festivallar 9 iqtisadi rayonu əhatə etməklə, 2025-ci ilin iyun-noyabr ayları ərzində 13 rayonda təşkil olunacaq".
Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq
Azərbaycan külək enerjisinin daha geniş bazarlara çatdırılmasında tərəfdaşları ilə işləməyə hazırdır