20 iyun 2025 12:58
103

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238 faiz artıb

Azərbaycanın qeyri-neft sektorunun təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC ixrac əməliyyatları ilə yanaşı, yerli bazarın ən yüksəkkeyfiyyətli qiymətli metallara tələbatının ödənilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

QSC-dən “İki sahil”ə bildirilib ki, Səhmdar Cəmiyyəti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib. Bu ötən illə müqayisədə qızılın satışında 171 faiz artım deməkdir.

Gümüş məhsullarının satışında isə 17 faiz artıma nail olunub.

Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20,2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238 faiz artım deməkdir.

Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 min 453 unsiya qızıl, 135 min 003 unsiya gümüş məhsul satılaraq, 95,4 milyon manat gəlir əldə olunub.