20 iyun 2025 18:41
100

Səbail rayonunda silah-sursat aşkar edilib VİDEO

Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 17 ədəd 5.45 mm-lik mərmi, 27 ədəd 7.62 mm-lik mərmi, 1 ədəd 9 mm-lik mərmi, 1 ədəd AK-74 avtomatının darağı və 1 ədəd ov tüfəngi olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.