Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsi təşkil olunub.
İki turdan ibarət müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən ümumilikdə 31 gənc muğam ifaçısı qatılıb.
Beynəlxalq münsiflər heyətinin qərarı ilə 14 iştirakçı finala vəsiqə qazanıb. Onların sırasından 6 ifaçı müsabiqənin qalibi olub:
Alibek Saparboyev və Dilnoza Akbarova (hər ikisi Özbəkistandan) 3-cü yerə, Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnam (hər ikisi Azərbaycandan) 2-ci yerə, Farangiz Mahmudova isə (Özbəkistan) 1-ci yerə layiq görülüblər.
Ölkəmizi təmsil edən Məftun Səfərli ən yaxşı nəticə göstərərək müsabiqənin Qran-prisini qazanıb.
Azərbaycan Milli Konservatoriyasının "Ənənəyə sadiqliyə görə" xüsusi mükafatı isə Çin təmsilçisi Sincan Uyğur bölgəsindən musiqi qrupuna təqdim edilib.
Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya təmsil olunub.
Müsabiqə laureatlarının yekun konserti iyunun 22-də Ağdam Muğam Mərkəzində keçiriləcək.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub