Hollivud aktrisası Ancelina Coli keçmiş əri, aktyor Bred Pitti təqib etməkdə ittiham edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "News Nation" məlumat yayıb.
Mənbənin nəşrə verdiyi məlumata görə, Bred Pitt "Formula-1" filmini tanıtmaq üçün Nyu Yorka uçub: "Aktyor sevgilisi İnes de Ramonla "Whitby" otelində qalıb. Ancelina Coli də Nyu-York şəhərinə gəlib. Hərçənd bunun üçün heç bir aşkar səbəbi olmayıb".
Mənbənin sözlərinə görə, aktrisa keçmiş ərini təqib edir.
Qeyd edək ki, ötən il dekabrın 31-də "People" jurnalı Ancelina Coli və Bred Pittin boşanmalarını yekunlaşdırmaq üçün razılığa gəldiyini yazmışdı.
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub