24 iyun 2025 15:45
129

“YAŞAT” düşərgəsinin 2-ci həftəsi başlayıb

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsinə start verilib.

“YAŞAT” Fondundan "İki sahil"ə bildirilib ki, açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və uşaqların sualları cavablandırılıb.

Xanbulan gölünə ekskursiya zamanı iştirakçılar Lənkəran təbiətinin özünəməxsus və füsnkar mənzərəsi ilə tanış olublar. Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol və voleybol yarışlarında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər.

Həftə çərçivəsində düşərgə iştirakçıları Melisa Həsənzadənin və Nahidə Cəfərlinin doğum günləri də qeyd olunub.

Tərəfdaşlar TABİA Group və “Lankaran Springs Wellness Resort” Hoteli, sponsorlar NEQSOL Holding, Bakcell, Norm, AMO Corporate Group, GILTEX MMC, Nar, DTİK, DadHouse, dəstəkçilər Lənkəran Şəhər İcra Hakimiyyəti, “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “ABAD”, “PAŞA Həyat”, “Badamlı Mineral Suları”, “Bilim Bakı” Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Milla, “Happy day cake”, Dayaq Xeyriyyə, media dəstəyi isə ASAN Radio/TV-dir.