ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün “düzgün yeri və vaxtı” prezident Donald Tramp özü müəyyən edəcək.
“İki sahil” xəbər verir ki, Rubio "Politico"ya müsahibəsində bildirib.
O, qeyd edib ki, Vaşinqton hələlik Avropanın Moskvaya təzyiqi artırmaq çağırışları ilə razılaşmağa hazır deyil, çünki bu, Ukrayna üzrə danışıqlar prosesinə xələl gətirəcək.
"Burada hamının bizdən gözlədiyini, yəni daha çox sanksiyalar tətbiq etsək, çox güman ki, atəşkəslə bağlı danışıqlar aparmaq imkanını itirəcəyik. Onda onlarla kim danışacaq?" -deyə, Marko deyib.