25 iyun 2025 14:58
101

Qərbin dünyada hökmranlığı dövrü bitib - Finlandiya Prezidenti

Finlandiya prezidenti Alexander Stubb deyir ki, dünya çoxqütblüliyə doğru irəliləyir və Qərbin hökmranlığı dövrü başa çatıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bunu NATO-nun Haaqa sammitinə gələrkən deyib.

Onun fikrincə, dünya indi daha nizamsız olur: "Bu, Birinci Dünya Müharibəsindən, İkinci Dünya Müharibəsindən və Soyuq Müharibədən sonra gördüyümüz ana çox bənzəyir... Soyuq müharibədən sonra məncə, biz intellektual cəhətdən tənbəl olduq."

O, NATO sammitini tarixi tədbir adlandırıb. Siyasətçi alyansın soyuq müharibə dövründə müdafiə xərcləri səviyyəsinə qayıtmaq planlarını xatırladıb.