25 iyun 2025 17:57
129

Qubada yanğın hadisəsi qeydə alınıb 

25.06.2025-ci il tarixində saat 16:30-da Quba rayonu, Timiryazev qəsəbəsi ünvanında, yol kənarı ərazidə quru ot, kol-kosların, yanması qeydə alınıb.

"İki sahil"in Şimal bürosunun məlumatına görə, bu barədə Quba rayon DYMH-nə məlumat daxil olmuşdur. 

Hadisə yerinə 2 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın saat 17:00 radələrində məhdudlaşdırılıb. Yanğın hadisəsi nəticəsində yol kənarı ərazidə 400 kv metr sahədə quru ot kol-kos yanmışdır. Yanğın hadisəsi nəticəsində xəsarət alan olmayıb. 
Yanğın hadisəsinin kənardan düşən od mənbəyindən olması ehtimal olunur .

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün