26 iyun 2025 17:50
117

Özbəkistan Senatı TDT-nin mülki müdafiə haqqında sazişinin ratifikasiyasını təsdiqləyib

Özbəkistan Ali Məclisi Senatının səkkizinci plenar iclasında 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in ratifikasiyası haqqında qanun müzakirə edilib və təsdiqlənib.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Senatı məlumat yayıb.

Senatorlar sənədi dəstəkləyərək, onun risklərə hazırlıq səviyyəsinin artırılması və mülki müdafiə sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.