Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar çərçivəsində ilk görüş iyulun 4-də Kişineuda Avropa Komissiyası və Aİ nümayəndələrinin iştirakı ilə keçiriləcək sammit zamanı baş tutacaq.
“İki sahil” "Eurointegration"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə Avropa Şurasının iclası başlamazdan əvvəl Rumıniya Prezidenti Nikuşor Dan jurnalistlərə bildirib.
"Qoşulma prosesində 33 bənd üzrə danışıqlar aparılır və iyulun 4-də Kişineuda Avropa Komissiyası və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə keçiriləcək sammitdə birinci bənd- "Əsaslar" üzrə danışıqlar baş tutacaq", - deyə Dan jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Aİ-yə daxil olmaq üzrə danışıqlarda hər hansı bəndin açılması üçün Aİ-nin 27 üzv-dövlətinin yekdil qərarı lazımdır.