Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransanı ayrı-seçkilik xarakterli şəxsiyyət yoxlamalarına görə qınayıb.
“İki sahil” xəbər verir ki, AİHM Fransanı ayrı-seçkilik xarakterli şəxsiyyət yoxlamalarına görə qınasa da, "görünüşə görə" şəxsiyyət yoxlamalarını pisləyən daha beş Fransa vətəndaşının müraciətini rədd edib.
On gün ərzində üç dəfə şəxsiyyət yoxlanışına məruz qalan Kərim Tuil üçün Məhkəmə qeyd edib ki, onun təqibə cəlb edilməsi üçün heç bir obyektiv və ağlabatan əsaslandırma təqdim olunmayıb və ona qarşı hökumətin təkzib edə bilmədiyi ayrı-seçkilik prezumpsiyası var.
Qeyd edək ki, Fransada xarici görünüşünə görə insanların küçələrdə, vağzallarda diskriminasiya xarakterli şəxsiyyət yoxlaması aparılır.