26 iyun 2025 19:40
108

Ermənistan hökuməti taxıl məhsullarının ixracına qadağa qoyub

Ermənistan hökuməti ölkədən bir sıra malların Avrasiya İqtisadi Birliyi (Aİİ) ölkələri istisna olmaqla, digər ölkələrə ixracını qadağan edib.

“İki sahil” xəbər verir ki, bu qərarla bir sıra kənd təsərrüfatı məhsullarının, o cümlədən buğda, arpa, qarğıdalı, qarabaşaq yarması, günəbaxan tumu və günəbaxan yağının ixracı 6 ay müddətinə qadağan ediləcək.

Bildirilir ki, bu malların yerli istehsalı Ermənistan bazarının ehtiyaclarını ödəmir və bu ehtiyaclar əsasən idxal həcmləri hesabına ödənilir.

Qərarla müəyyən edilmiş qadağa Ermənistandan “Reeksport” gömrük proseduru ilə aparılan mallara şamil olunmayacaq.

Yerli iqtisadçı ekspertlərin fikrincə, Ermənistan taxıl və ərzaq qıtlığı ilə üz-üzədir. Ermənistan hökuməti bu yolla taxıl qıtlığının qarşısını almağa çalışır.