İngiltərənin cənubunda yerləşən Hempşir qraflığının İstli şəhərində ikimərtəbəli avtobusun İçen çayına düşməsi nəticəsində 17 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Daily Express” tabloidi məlumat yayıb.
“Bir neçə nəfər Hampşirin İstli şəhərində avtobusun yoldan çıxaraq çaya düşməsi nəticəsində xəsarət alıb. Kollec tələbələrini daşıyan avtobus iyunun 26-da qəzaya uğrayıb, üç nəfər xəstəxanaya aparılıb və digər 14 nəfərə hadisə yerində tibbi yardım göstərilib”, – nəşr bildirib.
Xatırladaq ki, daha əvvəl Mərkəzi Afrika Respublikasında orta məktəbdə baş vermiş partlayışdan sonrakı basabasda onlarla şagird ölmüşdü.