26 iyun 2025 20:43
211

26 iyun qılınc kimi iti, sədaqət kimi möhkəm ordunun bayramıdır

Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü hər il 26 iyun tarixində qeyd olunur. Bu gün ölkənin hərbi tarixində xüsusi yer tutur və Azərbaycan ordusunun formalaşması, inkişafı, suverenliyin müdafiəsi yolunda göstərdiyi qəhrəmanlıqların rəmzidir.

26 iyun 1918-ci il...

O gün Pənahəli xanın qalasından, Babəkin qayasından, Xətaidən, Cavanşirdən miras qalan döyüş ruhu silaha çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti, min illərdən süzülüb gələn milli iradənin səsinə qulaq verdi və milli ordu quruldu.

Bu ordu, təkcə silah tutan əllərdən deyil, azadlıq istəyən ürəklərdən yoğruldu.

Kəndin igidindən şəhərin ziyalısına qədər hər kəs Vətənin hərbi qüruruna çevrildi. Bu doğuluş, yalnız hərb tarixində yox, millətin varlığında bir dönüş nöqtəsinə çevrildi.

O, xalqın sinəsinə yazılmış dəmir qəlbdə döyünən bayramdır.

O gün, vətəni qorumağın, onu sevməyin, ona sahib çıxmağın ən gur səslə bəyan edildiyi bir tarixdir.

“Əgər bayrağın dalğalanmasını istəyirsənsə,

Qanını ver, canını yox!” – deyən bir millətin,

Qılınc kimi iti, sədaqət kimi möhkəm ordusunun bayramıdır 26 İyun.

Samir Abbasov,

"Qursalı TV" kanalının rəhbəri