Azərbaycanlı gənc müğənni, aktyor Şahin İmaməliyev "Now TV" də yayımlanan "Yetenek Sizsiniz Türkiye" müsabiqəsinə qatılıb.
“İki sahil” xəbər verir ki, ifaçı ilk turu 4 münsifdən "hə" cavabı alaraq ikinci mərhələyə vəsiqə qazanıb.
Bu yolda özünə yetəri qədər inanan Şahin qatıldığı yarışmanın hiss-həyəcanını və keçdiyi mərhələnin gedişatını danışıb:
"Bu müsabiqəyə dostum mənim adımnan qeydiyyatdan keçib və onlara videomu göndərib. 1 həftə sonra mənə zəng edib, 18 mayda məni
görmək, dinləmək istədiklərini, yəni bəyəndiklərini dedi. Vaxt itirmədən bilet alıb getdim, birbaşa səhnəyə çıxmalı olduğumu dedilər, tez hazırlaşdım. Oxudum, bəyəndilər. Bütün münsif heyətindən "hə" gözləyirdim, elə də oldu. Hər birinin möhtəşəm rəyini aldım. Bir sözlə, çox xoş oldu. Növbəti turlarda nələr olacaq, özümə də maraqlıdır".
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub