27 iyun 2025 16:55
120

Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi

Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.

Həmin ərazidə hərəkətdə olan "Mercedes" markalı mikroavtobus idarəetməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, xəsarət alanlardan dörd nəfər Pakistan, iki nəfər Azərbaycan vətəndaşıdır.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məlumata görə, hadisə turistlər Şahdağ Turizm Mərkəzindən qayıdarkən baş verib.

Oxu.Az