28 iyun 2025 15:32
110

Azərbaycan millisi "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində bürünc medalların sahibi olub.

“İki sahil” xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Erhan Tokerin rəhbərlik etdiyi komanda yarışı 3 qələbə, bir məğlubiyyətlə başa vurub.

"Barsy Atırau"ya məğlub olan (54:72) yığma, "Auyl Sport" (60:33), "Keepers" (71:16) və "Kutaisi" (58:51) komandaları ilə matçlarda qələbə qazanıb.