29 iyun 2025 16:29
123

Türkiyədə meşə yanır

Osmaniyenin (Türkiyə) Kadirli rayonunda meşə yanğını baş verib.

İki sahil”in DHA-ya istinadla verdiyi məlumata görə, əraziyə çoxlu sayda yanğınsöndürmə qrupu göndərilib.

Məlumata görə, yanğın yerli vaxtla saat 14:00 radələrində rayonun Sarıtanışmanlı kəndində baş verib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Yanğının söndürülməsinə iki helikopter, çoxlu sayda su tankeri və meşə işçiləri cəlb edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”