SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 9 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi iş xanımları tərəfindən qarşılanıb.
Ümumilikdə 27 min manat dəyərində maliyyə dəstəyi göstərilib.
Bununla bağlı keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov tələbələrə göstərilən diqqət və dəstəyə görə xeyriyyəçi xanımlara dərin təşəkkürünü bildirib.
Qeyd olunub ki, artıq iki ildir ki, ardıcıl olaraq bu təşəbbüs həyata keçirilir.