02 iyul 2025 10:05
140

BMT rəsmisi: Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir

Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin muavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbana Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, qlobal maliyyələşmə mexanizmi elə tərtib edilməlidir ki, bu, qadınlar üçün əlçatan olsun:

"Son illərdə 90 milyon vəsait ayıraraq qadınlara dəstək göstərmişik ki, onların qlobal bazarlara çıxışı olsun. Ümid edirəm ki, forum çərçivəsində yeni maliyyə mənbələri müəyyən etmək mümkün olacaq. Qadınlara rəhbər imkanlar yaratmalı və bundan yararlanmalıyıq. Bu il bizim ikinci sessiyamız keçiriləcək və Azərbaycan orada əsas təşkilatçılardandır".