02 iyul 2025 12:43
148

Qohum evliliyi qadağası bir çox xoşagəlməz hadisələri azaldacaq

Qohum evliliyi qadağası bu vaxtadək baş verən bir çox xoşagəlməz hadisələrin azalmasına gətirib çixaracaq.

“İki sahil” xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında qohum nikahları ilə bağlı qadağanın qüvvəyə minməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların iştirakı və töhfəsi faydalı olacaq:

"Artıq qohum evlilikləri ilə bağlı qanunazidd əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalandırılacaqlar".