02 iyul 2025 13:06
136

Almaniya şirkətlərinin genişmiqyaslı ixtisar planı

Almaniya müəssisələri 2025-ci ilin birinci yarısında 37,7 min işçini ixtisar etməyi planlaşdırdıqlarını açıqlayılar. Bu, koronavirus böhranından bəri ən böyük işdən çıxarılma həcmidir.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti Avropa Yenidənqurma Monitorunun məlumatlarına əsasən xəbər verir.

Almaniyada ixtisarların sayının artıq üçüncü ildir ki, artmaqda davam etdiyi vurğulanır: əgər 2022-ci ilin birinci yarısında ölkədəki müəssisələr 9,6 minə yaxın işçini ixtisar etməyi planlaşdırırdısa, 2025-ci ilə qədər bu rəqəm 37,7 min nəfərə yüksəlib.

Bildirilir ki, hazırkı azalma pandemiya dövründəkindən daha yüksəkdir: 2020-ci ildə şirkətlər ilin birinci yarısında rekord sayda 48,1 min işçini ixtisar etmək niyyətində idilər.

2025-ci ilin birinci yarısında əsasən sənaye sektorundan olan şirkətlər işçilərini ixtisar etmək niyyətində olduqlarını bəyan ediblər - 28 şirkət, onlardan doqquzu Porsche və Audi də daxil olmaqla avtomobil sənayesi ilə bağlı olub.