Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra onu incitməmək üçün Vladimir Zelenskiyə zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Kiyev özünə xəyanət olunduğunu hiss etməsin deyə, Fransa prezidenti Vladimir Zelenskiyə Putinlə söhbəti haqda danışıb”.
Jurnalistlərin fikrincə, Makronu Putinə zəng etməyə İran-İsrail münaqişəsi fonunda “nüvə silahının yayılması təhlükəsi” vadar edib.