02 iyul 2025 14:36
142

"HƏMAS" atəşkəsə hazırdır, lakin...

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazırdır, lakin Amerika tərəfinin təklif etdiyi şərtlərlə deyil. 

“İki sahil” xəbər verir ki,  bu barədə "Associated Press"  məlumat yayıb.

Bildirilir ki, HƏMAS atəşkəsin şərtlərini müzakirə etmək üçün Qətər və Misir nümayəndələri ilə görüşməyi planlaşdırır.

"Associated Press" hərəkatın sözçüsü Taher əl-Nunudan sitat gətirib: "Hərəkat razılığa gəlməyə hazır və ciddidir. “HƏMAS" mütləq hərbi əməliyyatların yekun dayandırılmasına gətirib çıxaracaq istənilən təşəbbüsü qəbul etməyə hazırdır”.

Xatırladaq kiu, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Qəzzada atəşkəs şərtləri ilə bağlı İsrail hakimiyyəti ilə razılaşdıqlarını açıqlamışdı. O, İsrailin baş naziri Benyamin Netanyahudan Qəzza zolağında hərbi əməliyyatlara son qoymasını israrla tələb edəcəyini bildirib. Amerika lideri həmçinin "Yaxın Şərqin rifahı naminə" HƏMAS-ın razılaşmanın şərtlərini qəbul edəcəyinə ümid etdiyini bildirib. AP-nin məlumatına görə, ABŞ-ın təklifinə İsrail qoşunlarının Qəzza zolağından qismən çıxarılması və humanitar yardımın artırılması daxildir. Agentlik razılaşmanın şərtlərinə əsasən, HƏMAS-ın neçə girovu azad etməli olduğunu dəqiqləşdirməyib. Əvvəlki təkliflərdə təxminən 10 nəfərin azadlığa buraxılması nəzərdə tutulurdu.